Hər şey aydındır !- “Minsk qrupu işğal müddətini uzatmaq üçün yaradılıb” - Türkiyəli tarixçi
Banuçiçək Kalbalıyeva
07:56 02.11.2020
Gündəm
901
“Dünyadakı bütün türklər aralarındakı siyasi, mədəni, hərbi və iqtisadi əməkdaşlıqlarını möhkəmləndirməlidirlər”
“Beləliklə, nəyin bahasına olursa olsun, türk dövlətlərinin birliyi yaradılmalıdır”
“Türklər uğrunda qan tökdükləri torpaqları masa arxasında kiməsə verməməlidirlər”
İkinci Dağlıq Qarabağ savaşında bizə cani-könüldən dəstək olan, uğurlarımıza öz uğurları qədər sevinən millətlər, dövlətlər az deyil. Onlardan ən birincisi isə, heç şübhəsiz, qardaş Türkiyədir. Bu günlərdə İzmirdə baş verən zəlzələyə biz necə kədərləndiksə, onlar da eləcə, bir aydan çoxdur ki, Azərbaycan türkləri üçün dualarını əsirgəmirlər. Sağ olsunlar. Var olsunlar! Necə deyərlər, qoy, Tanrı türkə yar olsun! Qələbəmiz, zəfərimiz bol olsun!
Türkiyədə yaşayan qardaşlarımız həm də haqq səsimizin dünyaya çatdırılması baxımından bizə dəstək olurlar. Var gücləri ilə. Ədəbiyyatçıdan tutmuş tarixçiyə, hərbi ekspertdən tutmuş politoloqa qədər hər biri öz sahəsində Dağlıq Qarabağ məsələsini gündəmə gətirir, haqqlı olduğumuzu ən bariz nümunələrlə göstərməyə çalışır.
Türkiyənin Marmara universitetinin tarix müəllimi Mustafa Sabri Küçükaşçı da belələrindəndir. Odur ki, “Sherg.az” olaraq Mustafa bəylə əlaqə saxlayıb, bütün dünyanın gündəmində olan Dağlıq Qarabağ müharibəsini onunla müzakirə etdik:
-Sizcə, Qarabağ müharibəinin yenidən başlanmasını şərtləndirən məqamlar nələr idi?
-Qarabağı əvvəl işğal, sonra ilhaq etmək istəyən Ermənistan 1970-ci illərin sonundan etibarən siyasi və hərbi cəhdlərə başladı. Bu istiqamətdəki xarici dəstəkləri ilə Qarabağın bir qismini işğal edib, yerli əhalini təhdid edərək, onlara təzyiq göstərərək vətənlərindən didərgin saldı. Amma Azərbaycan dövlətinin qətiyyəti, xalqın iradəsi haqsız cəhdlərin nəticə verməsinin qarşısını aldı. Ermənistan fürsət tapdıqca xarici qüvvələrin dəstəyilə yeni cəhdlərə əl atdı. İndiki müharibəyə gətirib çıxaran Tovuz təxribatı da bunun bariz nümunəsidir.
- Dörd il əvvəlki Aprel və bu ilki İyun döyüşləri çox az çəkdi. Onları indiki hərbi əməliyyatlardan fərqləndirən əsas məqamlar nə idi? Həmin maneələr indi yoxdur?
-Həmin hadisələr vaxtı təxribatların ardından ona əsaslana biləcək diplomatik zəmin olmadığı üçün Ermənistan döyüşləri dayandırmağa məcbur qaldı. Amma indi baş verənlər 1970-ci illərdən bəri işğalçının beynəlxalq miqyasda başlatdığı ən geniş müharibədir. Belə demək mümkünsə, xarici dəstəkləri onu inandırdılar ki, indi Azərbaycana və xüsusilə Qarabağa qarşı növbəti təxribat üçün ən uyğun vaxtdır. Ona görə də təcavüzkar dövlət hərəkətə keçdi. Aprel və İyun döyüşlərindəki maneələri indi xarici qüvvələrin dəstəyi ilə aşa biləcəyini düşünürdü.
- Minsk qrupunun fəaliyyəti ilə bağlı nə düşünürsünüz?
- Hər şey aydındır: Minsk qrupu Qarabağ problemini həll etməkdən ötrü yox, əksinə, işğal müddətini uzatmaq məqsədilə yaradılıb.
- Bu hadisə türklərin həmrəyliyini bir daha ortaya qoydu...
- Türkün türkdən başqa dostu yoxdur. Dünyadakı bütün türklər aralarındakı siyasi, mədəni, hərbi və iqtisadi əməkdaşlıqlarını möhkəmləndirməlidirlər. Beləliklə, nəyin bahasına olursa olsun, türk dövlətlərinin birliyi yaradılmalıdır.
- Ermənistan bütün xəbərdarlıqlara rəğmən mülki vətəndaşları hədəfə almaqda davam edir. Belə vəziyyətlərdə nə deyilməlidir?
- Türk milləti tarix boyu mübarizələr aparıb, müharibələrin içində olub. Ancaq tarixin heç bir dövründə mülki vətəndaşları vuraraq günaha batmayıb. Bəli, bu, günahdır və ancaq ermənilərə yaraşan hərəkətdir.
-İşğalçı dövlət artıq uşaqları, yaşlıları, ahılları Dağlıq Qarabağa göndərir. Amma eyni zamanda sülh istəmir. Onu buna məcbur edən nədir?
-Ermənistanın bircə məqsədi var. O da Qarabağı ilhaq etmək. Lakin Azərbaycan xalqı buna imkan vermir, mübarizəni uğurla davam etdirir. Bizim öhdəmizə düşən də sizə dəstək olmaqdır. Türklər uğrunda qan tökdükləri torpaqları masa arxasında kiməsə verməməlidirlər. Biz maddi gücümüz çatmadığı yerdə mənəvi gücümüzü işə salaraq tarix boyunca türkün başının daim dik qaldığını bir daha göstərməliyik-həm dosta, həm də düşmənə.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə