Hikmət Hacıyev: “11 sentyabr hadisələri ABŞ-Azərbaycan əməkdaşlığında dönüş nöqtəsi idi”
Yusif Nəzərli
17:04 01.02.2022
Gündəm
461
“ABŞ-Azərbaycan əlaqələrinin 30 ili iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafı baxımından uğur hekayəsidir”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.
O bildirib ki, Azərbaycan 11 sentyabr hadisələrindən sonra ABŞ-ın başlatdığı terrorçuluğa qarşı mübarizəyə göstərdiyi hərbi və logistik dəstəyi ilə yaxşı dost olduğunu sübut edib: “Ölkələrimiz arasındakı əlaqələrin və dostluğun tarixi səfir Hafiz Paşayevin “Bir səfirin manifesti” adlı kitabında çox yaxşı izah edilib. ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib. Bu illər boyunca ABŞ və Azərbaycan əməkdaşlığı yeni səviyyələrə qalxıb. 11 sentyabr hadisələri ABŞ-Azərbaycan əməkdaşlığında dönüş nöqtəsi idi. Bizim hər zaman dediyimiz kimi, dost dar gündə tanınar. Azərbaycan da, terrorizm əleyhinə alyansa qoşuldu və öz logistik dəstəyini təmin etdi”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Əfqanıstandakı missiyaya hərbi qüvvə dəstəyi ilə azərbaycanlı və ABŞ əsgərləri terrorçuluğa qarşı çiyin-çiyinə döyüşüblər.
H. Hacıyev vurğulayıb ki, azərbaycanlı və ABŞ əsgərlərinin terrorçuluğa qarşı həyata keçirdiyi daha bir əməliyyat isə İraq missiyası olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil