Hikmət Hacıyev: Azərbaycan-İsrail əməkdaşlığı yeni səviyyəsinə daxil olur

İsraildə Azərbaycan səfirliyinin təsis edilməsi ilə iki ölkə arasında əməkdaşlığın yeni səviyyəsinə daxil oluruq.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “i24news.tv” saytına müsahibəsində deyib.

“Azərbaycan və İsrail xalqları arasında əsrlərlə yaşı olan dostluq və tərəfdaşlıq bağları var və hazırda İsrail və Azərbaycan arasında müxtəlif sahələrdə dinamik şəkildə inkişaf edən əməkdaşlıq mövcuddur. Biz həqiqətən də böyük tərəqqi əldə etmişik, indi İsrailin səfirliyi həmçinin Azərbaycandadır. İsraildə səfirliyin təsis edilməsi ilə biz iki ölkə arasında əməkdaşlığın yeni səviyyəsinə daxil oluruq”, - Hikmət Hacıyev deyib.