Hörmüz boğazında gərginlik: İran ABŞ-ı atəşkəsi pozmaqda ittiham etdi

İran bəyan edib ki, Hörmüz boğazında gəmiçilik ABŞ və onun müttəfiqlərinin atəşkəs rejimini pozması səbəbindən təhlükə altına düşüb.

ABŞ və onun müttəfiqlərinin atəşkəs rejimini pozması və İrana qarşı dəniz blokadası tətbiq etməsi nəticəsində Hörmüz boğazında təhlükəsiz gəmiçilik risk altına düşüb.

Sherg.az xəbər verir ki, bu barədə İran parlamentinin (Məclisin) spikeri Məhəmməd Baqer Qalibaf açıqlama verib.

“Hazırda Hörmüz boğazında tədricən yeni qüvvələr balansı formalaşır. Atəşkəs rejiminin pozulması və blokadanın tətbiqi səbəbindən ABŞ və onun müttəfiqləri tərəfindən gəmiçilik təhlükəsizliyi və enerji resurslarının tranziti təhdid altına düşüb”, - deyə o, X sosial şəbəkəsində yazıb.

Qalibafın fikrincə, mövcud vəziyyətin bu şəkildə davam etməsi ABŞ üçün tamamilə dözülməzdir, halbuki İran hələ heç bir konkret addım atmağa başlamayıb.