İcma: "Ermənistanı insan haqlarına hörmət etməyə çağırırıq”
İcma: "Ermənistanı insan haqlarına hörmət etməyə çağırırıq”
Yusif Nəzərli
08:52 02.08.2023
Gündəm
244
Qərbi Azərbaycana İcması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Euronews” televiziya kanalında avqustun 1-də yayımlanmış müsahibəsində Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üzrə aparılan diplomatik proses çərçivəsində, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququnun təmin olunmasına dəstək ifadə etməsini alqışlayır.
"Report" xəbər verir ki, bu barədə İcmanın açıqlamasında bildirilib.
Qeyd olunub ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması insan hüquqlarının aliliyinin bərqərar edilməsi ilə bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün şərtidir.
“Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi prinsipial və ardıcıl siyasətinə və bu məsələni beynəlxalq aləmin gündəliyinə gətirməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərindən təşəkkür edir.
Azərbaycan hökumətinin insan hüquqlarının aliliyinə əsaslanan bu siyasəti bizi qayıdış hüququmuzun təmin edilməsinə xidmət edən haqq işimizi daha əzmlə həyata keçirmək üçün əlavə səylər göstərməyə ruhlandırır.
İcma bir daha Ermənistan hökumətini insan haqlarına və beynəlxalq hüquqa hörmət etməyə, qovulmuş azərbaycanlıların qayıdış hüququnun reallaşmasını təmin etməyə və bu məqsədlə İcma ilə dialoqa başlamağa çağırır”, - deyə açıqlamada vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət