İğdırda Zəfər Günü qeyd edilib - FOTO
Yusif Nəzərli
08:05 08.11.2022
Gündəm
444
Türkiyənin İğdır şəhərində Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfərin ikinci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, şəhərin Atatürk küçəsindəki Heydər Əliyev parkında böyük coşqu ilə qeyd edilən izdihamlı tədbir Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır-Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Tədbir Azərbaycan torpaqlarının erməni işğalından qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən İğdır-Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bu tarixi hadisəni Türkiyə-Azərbaycan qardaşlığının zirvəsi adlandırıb:
“Azərbaycan türklərinin Ermənistana qarşı qazandıqları Qarabağ zəfəri Çanaqqala və Malazgirt zəfərləri kimi türk tarixinin böyük zəfərlərindəndir. Prezident İlham Əliyev 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarını azad edib, Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Xalqımıza və türk dünyasına bu sevinci yaşadan qəhrəman Azərbaycan Ordusuna təşəkkür edirik. 44 günlük Vətən müharibəsində Qələbə uğrunda canlarını fəda etmiş 3 min şəhidin əziz xatirəsi önündə ehtiramla baş əyirik. Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini, türk millətinin gücünü bir daha dünyaya göstərdi. Qarabağ qələbəsi ilə Azərbaycan yeni dastan yazdı. Türk Birliyi xəyalımız indi hər zamankından daha yaxındır. Hamı gördü ki, bu, xəyal deyil”.
Bildirilib ki, işğalın bitməsi uğrunda mübarizə yeni türk dastanları yaradır, dünya türklüyünü sevincə, xoşbəxtliyə aparır:
“Ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsini şüar kimi qəbul etdik. Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Ona görə də bu gün sevincimizi bölüşmək və birlikdə qeyd etmək üçün bir yerdəyik. Qarabağ Zəfəri mübarək olsun!”
İğdır vilayətinin bələdiyyə sədrlərinin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, yerli sakinlərin qatıldığı tədbir bədii proqramla davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət