İki liderin sıx dostluğu! - Mirziyoyevin Bakı səfərindən gözləntilər...
Yusif Sultanoğlu
11:38 08.08.2023
Gündəm
595
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib.
F.Şəfiyev Özbəkistana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib: “Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın dəstəyini hiss edir”.
Ş.Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.
Planlaşdırılan səfəri “Sherg.az”a dəyərləndirən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib ki, qardaş Özbəkistanın Azərbaycanın haqq mübarizəsinin yanında olduğu hamıya bəllidir:
“Bu gün Özbəkistan Orta Asiyanın inkişaf edən türk dövlətinə çevrilib. Həm əhalisinin sayına, həm də ərazisinə görə Özbəkistan öndə olan dövlətdir və Türk dünyasında özünəməxsus yeri var. Azərbaycanla da əlaqələri xüsusi diqqətdə saxlanılır və münasibətlərimiz strateji səviyyədə inkişaf etdirilir. Əsas odur ki, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə ortada real istək və niyyət var. Bu istiqamətdə də addımlar atılır və qarşılıqlı səfərlər intensivləşib. Son illər mədəni-ədəbi əlaqələrin inkişafı da göz qarşısındadır. Bu məsələdə isə Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini xüsusi qeyd edərdim. Bu fəaliyyət nəticəsində mədəniyyət, incəsənət, elm adamlarının qarşılıqlı səfərləri çoxalıb.
E.Eltürk qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycana dünyada diqqət artıb:
“Bir neçə ay əvvəl Türk Ağsaqqalları Birliyinin sədr müavini kimi Özbəkistan parlamentinin – Ali Məclisin vitse-spikeri Əlişir Qədirovla görüşdə iştirak edirdim. Əlişir Qədirov Azərbaycan Milli Məclisinin deputatlarına, Türk Ağsaqqalları Birliyinin rəhbər heyətinə Azərbaycanın Qarabağ zəfəri bütün Türk dünyasının qələbəsi olduğunu bildirdi. Ümumiyyətlə özbək siyasətçiləri Azərbaycana xüsusi diqqətlə yanaşırlar. Həmçinin Özbəkistan Qarabağın bərpasından sonra ilk dəstəyini göstərən türk dövlətlərindən biri olub. Füzulidə 940 uşağın təhsil alacağı məktəbin inşa edilməsi buna bariz nümunədir. Digər tərəfdən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında şəxsi münasibətlərin bu əlaqələrə böyük təsiri var. İki lider arasında olan sıx dostluq, qardaşlıq əlaqələrimizin inkişafına böyük təkan verir. Çünki ortada siyasi iradə mövcuddur. Üstəlik, Türkiyənin güclənməyi də Orta Asiyada yeni reallıqlar yaradıb. Bu həm də Türk dövlətlərində inam və arxa hissini gücləndirib. Özbəkistan yeni reallığa uyğun olaraq siyasi kurs aparır. Bu isə ümumtürk maraqlarına cavab verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İsrail bizə psixoloji təsir göstərir - Xamenei
21:34 20.03.2026
Dünya
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm