İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - YENİLƏNİB
Yusif Nəzərli
09:14 04.11.2022
Gündəm
388
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Vitse-prezident Fuat Oktay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Şuşa Bəyannaməsinin önəmi vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfəri və həmin səfər çərçivəsində Zəngilan və Cəbrayıl şəhərlərində mühüm obyektlərin açılışlarında iştirakı məmnunluqla qeyd edilib. Rəcəb Tayyib Ərdoğan ilə iki gün əvvəl telefon danışığını xatırladan dövlətimizin başçısı Türkiyənin elektromobil istehsalına başlamasını qardaş ölkə sənayesinin növbəti uğuru kimi dəyərləndirib.
Görüşdə nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulanıb, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edilib, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önəmi vurğulanıb.
Görüşdə, eyni zamanda, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirib.
11:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya