
İlkin razılaşma ssenarisi hazırdır - ANALİZ
20:19 16.07.2025
Gündəm
344
Bakı konstitusiya dəyişikliyi üçün İrəvandan konkret qrafik tələb edir
“Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir”
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişinin imzalanmasından əvvəl onu paraflaya bilər. Baş nazirin sözlərinə görə, belə bir fikir var: "Bu məsələ müzakirə masasında var". Paşinyan iyulun 10-da Prezident İlham Əliyevlə Əbu-Dabidə aparılan danışıqlardan məmnunluğunu ifadə edib. Ermənistan lideri Əbu-Dabidəki görüşün müsbət nəticələrə gətirib çıxara biləcəyini bildirib.
O, indi bu barədə danışmağın düzgün olmadığını, müsbət nəticələr olarsa, hamının bunu görəcəyini vurğulayıb və əlavə edib ki, tərəflərin müsbət yanaşdığı bir neçə fikir var: "Ümid edirəm ki, bu formatda danışıqlarımızı Əbu-Dabidə və ya başqa bir yerdə davam etdirəcəyik".

Politoloq Asif Nərimanlı Sherg.az-a açıqlamasında deyib ki, burada söhbət yekun sülh sazişinin imzalanmasından öncə tərəflərin bu niyyətini təsdiq etməsi, “ilkin razılaşma”nın elan edilməsindən gedir. Ekspert xatırladıb ki, tərəflər 17 maddəlik sülh sazişi mətnini razılaşdırıb. Onun fikrincə, "ilkin razılaşma" da bu mətn çərçivəsində imzalana bilər:
"Sülh sazişinin paraflanmasında əsas maraqlı tərəf Ermənistandır. Paşinyan bundan növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir. Ermənistan hakimiyyətinin əsas niyyəti 17 maddəlik mətndən kənar müzakirə edilən məsələləri - konstitusiyanın dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması, Minsk qrupunun de-yure buraxılması və s. arxa fona keçirməkdir;
Bunu anlayan rəsmi Bakı iki tələbdə - konstitusiyanın dəyişdirilməsi, Minsk qrupunun buraxılması məsələsində israr edir. Lakin sazişin paraflanması masada müzakirə edilirsə, bu, tərəflərin mövqelərində yaxınlaşma olduğu ehtimalını da gücləndirir. Sülh sazişinə dair “ilkin razılaşma” variantı hansı halda mümkün ola bilər” sualını aktuallaşdırır. Minsk qrupunun de-yure buraxılması ilə bağlı birgə müraciətin yaxın dövrdə reallaşması ehtimalı yüksəkdir. Digər yandan 17 maddəlik mətndə “daxili qanunvericiliyin bu razılaşmanı poza bilməz” qeyd yer alır. İrəvan bu qeydə istinadən mövcud konstitusiyasının sülhə problem yaratmadığını iddia edir. Hərçənd, rəsmi Bakı “ilkin razılaşma” üçün mətndə korrektlər edə və “Ermənistan konstitusiyasının və digər normativ-hüquqi aktlarının dəyişdirilməsinin qrafikini” müəyyən edəcək bəndn daxil edə bilər".
A.Nərimanlı bəyan edib ki, Ermənistan Zəngəzur dəhlizinin Azərbaycana Naxçıvana maneəsiz çıxışının təmin edilməsi ilə açılması üzərində üçüncü tərəflərin zəmanəti ilə öhdəlik götürür:
"Paşinyanın son açıqlaması - Ermənistanın “autsorsinq” təcrübəsinin olduğu və bunun ölkənin suverenliyini məhdudlaşdırmadığı haqda dedikləri dəhlizin “Amerika variantı” ilə açılmasına loyal yanaşdıqlarını deməyə əsas verir. Belə variantın region üçün uzunmüddətli risklər vəd etdiyi də istisna deyil. Hərçənd, mövcud şərtlərdə alternativlər də görünmür. Azərbaycan “ilkin razılaşma”ya isti yanaşmır, lakin mövcud konyuktura sərfəli olacağı təqdirdə, sülh sazişinin paraflanması bu variantlarda mümkün görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm