Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton ABŞ-də yayımlanan yeni Jeffrey Epstein sənədlərindən “dərin narahatlıq” duyduqlarını açıqlayıb.
Sherg.az xəbər verir ki, diqqət Epstein qurbanlarının müdafiəsinə yönəlib. Keçmiş şahzadə Andrey isə Vindsor iqamətgahından Sandringham Malikanəsinə köçüb. Qalmaqalın siyasi təsirləri olaraq, keçmiş nazir Peter Mandelsonun lordluq unvanı geri alınıb və İngiltərə Baş nazirliyinin yüksək rütbəli əməkdaşı istefa verib.