İrakli Kobaxidze: Ölkənin siyasəti xaricdən maliyyələşdirilməməlidir

“Ölkənin siyasəti xaricdən maliyyələşdirilməməlidir, parlamentdə irəli sürülmüş qanun layihələri paketi məhz bu ideyaya xidmət edir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze “Qrantlar haqqında” qanuna dəyişikliklərlə bağlı sualı cavablandırarkən deyib.

Hökumət başçısının sözlərinə görə, bir çox məsələlərin dəqiqləşdirilməsi vacib və zəruri idi:

“Müəyyən şəxslər mövcud qanunvericilikdə boşluqlar tapmağa, Gürcüstanda siyasi prosesləri xaricdən maliyyələşdirməyə çalışırlar. Əlbəttə, ölkənin siyasəti xaricdən maliyyələşdirilməməlidir, parlamentdə irəli sürülmüş qanun layihələri paketi məhz bu ideyaya xidmət edir”.