İran: ABŞ danışıqlardan əvvəl 4 şərt irəli sürüb, qəbul olunmasa hücumla hədələyib

İran tərəfi bildirib ki, ABŞ Omanda aparılan dolayı danışıqlardan öncə Tehrana 4 şərt təqdim edib və bu şərtlər qəbul edilmədiyi təqdirdə hərbi hücumla hədələyib.

Sherg.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun nümayəndəsi Aziz Qazənfəri qeyd edib ki, İran bu təzyiq və psixoloji təhdidlər qarşısında geri çəkilməyib. O vurğulayıb ki, İranın müdafiə imkanları, xüsusilə ballistik raket proqramı danışıqlar mövzusu ola bilməz və görüşlər yalnız nüvə məsələləri ilə məhdudlaşır.