İran-ABŞ danışıqları bu gecə və ya bazar günü davam etdirilə bilər - YENİLƏNİB

İran və ABŞ nümayəndə heyətlərindən ibarət ekspert qrupları İslamabadda iki ölkənin danışıqları zamanı müzakirələrin birinci mərhələsini başa çatdırıb və hazırda müzakirə olunan məsələlərin mətnlərinin mübadiləsi aparılır. İran və ABŞ arasında danışıqların növbəti mərhələsi bu gecə və ya sabah keçirilə bilər.

Bu barədə "Tasnim" agentliyi İranın danışıqlar heyətindəki yaxın mənbəyə istinadən məlumat yayıb.

"Bu gecə və ya sabah (bazar günü) başqa bir danışıqlar mərhələsi keçiriləcək", - mənbə qeyd edib.