İran ABŞ-ni xəbərdar etdi: "Atəşkəs pozularsa, total müdafiəyə hazırıq"

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin atəşkəs memorandumu üzrə öhdəliklərini pozacağı təqdirdə Tehranın total müdafiəyə hazır olduğunu bəyan edib.

Sherg.az xəbər verir ki, Qalibaf İranın ölkənin müdafiəsinə hazırlığı heç vaxt dayandırmadığını və zərurət yaranacağı halda istənilən anda genişmiqyaslı müdafiə tədbirlərinə başlamağa hazır olduğunu bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 10-da İranın sülh danışıqlarını davam etdirmək üçün Vaşinqtona müraciət etdiyini iddia edib. O, eyni zamanda ABŞ-nin İrana atəşkəs rejiminin artıq qüvvədə olmadığını bildirdiyini açıqlayıb.

Bununla yanaşı, ABŞ və İran arasında növbəti danışıqların keçiriləcəyi ilə bağlı yayılan məlumatlar Tehran tərəfindən təkzib edilib.