İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib

İran Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan yeddi günlük planı ABŞ-yə təqdim edib.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb.

Nazirin sözlərinə görə, plan ABŞ tərəfindən qəbul edildiyi andan qüvvəyə minəcək. Yeddinci gün Tehran Vaşinqtonla danışıqlara başlamağa hazır olacaq.

Əraqçi bildirib ki, İranın irəli sürdüyü tələblər ABŞ ilə qarşılıqlı anlaşma memorandumunda yer alan şərtlərlə eynidir.

Planın şərtləri yerinə yetiriləcəyi təqdirdə, Hörmüz boğazından gəmiçiliyin bərpası mümkün olacaq.