İran hakimiyyəti Türkiyə ilə Azərbaycan əlaqələrini qısqanır- Politoloq
14:01 23.07.2023
Gündəm
437
Ankara və Tehran münasibətləri heç də Qarabağ müharibəsi başlayan dövrdə olduğu kimi səmimi deyil
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Məlumata görə, danışıqlar zamanı ikitərəfli əlaqələr, İslam Əməkdaşlıq Təşkilatının təcili toplantısı və müqəddəs kitabımız Qurani-Kərimə qarşı hücumlara qarşı birgə görüləcək tədbirlər müzakirə edilib.
Telefon danışığını "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, son 25 ildə olan Türkiyə və İran münasibətlərini üç mərhələyə bölmək olar:
"Birinci mərhələ Ərdoğan hakimiyyətindən əvvəlki illərdir. Bu illərdə İran Türkiyənin bir nömrəli təhlükəli dövlətlər siyahısında idi. İkinci mərhələ Ərdoğanın hakimiyyəti illərinə təsadüf edir. Burada Cənub qonşumuz rəsmi Ankaranın təhlükəli dövlətlər siyahısından çıxarılır. Üçüncü isə Qarabağ müharibəsindən sonrakı dövrdəki münasibətlərdir. İndiki mərhələdə iki ölkə arasındakı münasibətlər heç də ikinci mərhələdəki kimi deyil. Çünki İranın Cənubi Qafqazda pozuculuq fəaliyyəti ilə məşğul olması, Azərbaycana qarşı xoş olmayan münasibəti, Ermənistandan istifadə etməsi, Zəngəzur dəhlizi ilə bağlı atdığı addımlar və.s iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir. Bunundan başqa rəsmi Tehranın Ukrayna müharibəsində birbaşa Moskvanı dəstəkləməsi və texnika göndərməsi də rəsmi Ankaranın İrana mənfi münasibət göstərməsinə səbəb olan amillərdən biridir".
Analitik əlavə edib ki, nazirlər arasındakı telefon danışığında Azərbaycan-Ermənistan arasındakı məsələlər və Cənubi Qafqazdakı proseslərin də müzakirə olunduğu hesab edir:
"Həmçinin İran-Azərbaycan əlaqələrinin perspektivlərinə toxunulduğu da istisna deyil. Habelə İsveçdə və dünyada islamafobiya hərkatı da nazirlər tərəfindən müzakirə olunub. Ümumiyyətlə isə Türkiyə və İran münasibətləri heç də Qarabağ müharibəsi başlayan dövrdə olduğu kimi səmimi deyil. Çünki İran hakimiyyəti Türkiyə ilə Azərbaycan əlaqələrini qısqanır və zaman-zaman bu münasibətləri pozmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm