İran Hörmüz boğazında ticarət gəmilərinin keçidi ilə bağlı yeni qərar qəbul edib.
Sherg.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi sosial media hesabında açıqlama yayaraq bildirib ki, atəşkəs müddəti çərçivəsində Hörmüz boğazından ticarət gəmilərinin keçidinə tam icazə verilir.
Nazirin sözlərinə görə, bu qərar Livandakı atəşkəs razılaşmasına uyğun olaraq qəbul edilib və İran Limanlar və Dənizçilik Təşkilatı tərəfindən əvvəlcədən müəyyən edilmiş koordinasiyalı marşrut üzrə tətbiq olunur.
Araqçi qeyd edib ki, bütün ticarət gəmilərinin keçidi yalnız atəşkəsin qalan müddəti üçün qüvvədə olacaq.
Qərarda xüsusilə vurğulanır ki, bu icazə daimi xarakter daşımır və yalnız müvəqqəti atəşkəs dövrü ilə məhdudlaşır.