Hörmüz boğazından tranzit əvvəlki sərt hərbi nəzarət rejiminə qayıdıb.
Axar.az xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi komandanlığının sözçüsü deyib.
Məlumatda bildirilib ki, komandanlıq məhdudiyyətlərin bərpasını ABŞ-ın dəfələrlə pozuntuları və "blokada adı altında piratçılığı" ilə izah edib.
İran Teleqram kanallarının məlumatına görə, yalnız məhdud sayda gəminin keçidinə icazə veriləcək.
Qeyd edək ki, daha əvvəl İran Hörmüz boğazının atəşkəs bitənə qədər kommersiya trafikinə tam açıldığını bildirmişdi. ABŞ bunu alqışlasa da, Hörmüzün blokadasını aradan qaldırmamışdı.