İran Küveytə dron hücumu edib

Küveyt Hava Hücumundan Müdafiə Qüvvələri İrandan gələn dron hücumunun qarşısını almağa çalışır.

“Sky News“ xəbər verir ki, bu barədə Küveyt ordusu məlumat yayıb.

Eşidilən partlayış səslərinin havada zərərsizləşdirilən dronlardan qaynaqlandığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl SEPAH Küveytdə ABŞ-ın Ali əl-Salem bazasında erkən xəbərdarlıq sistemlərinin və peyk kommunikasiya mərkəzinin məhv edildiyini bildirib.