İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı əvvəlki prinsiplər əsasında davam etdirəcək.
Sherg.az xəbər verir ki, Bəqainin sözlərinə görə, əməkdaşlıq İranın MAQATE qarşısında götürdüyü öhdəliklər, ölkə parlamentinin qərarları və İranın Ali Milli Təhlükəsizlik Şurasının müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçiriləcək.
Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens MAQATE müfəttişlərinin artıq bu həftə İrana səfər edə biləcəyini açıqlamışdı.
Eyni zamanda, İranın IRNA agentliyinin məlumatına görə, İsveçrədə keçirilən İran-ABŞ danışıqlarında nüvə proqramı ilə bağlı məsələlər müzakirə olunmayıb.
Qeyd edək ki, İran 2025-ci ilin iyununda ABŞ-ınin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra MAQATE ilə əməkdaşlığı məhdudlaşdırmış və nüvə obyektlərinə çıxış qaydalarını sərtləşdirmişdi. Tehran həmin vaxtdan təşkilatla əməkdaşlığa dair qərarların yalnız Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verildiyini bəyan edib.