İranın Rusiyadakı səfiri Kazım Cəlali ölkənin ali lideri Müctəba Xamenei ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sherg.az xəbər verir ki, səfirin sözlərinə görə, Xamenei sağdır, səhhəti yaxşıdır və inzibati işlərini davam etdirir. O qeyd edib ki, İran rəhbərliyinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və ölkə rəhbərliyi fəaliyyətini normal şəkildə davam etdirir.
İranın xarici işlər naziri Abbas Araqçi isə bildirib ki, təhlükəsizlik səbəblərinə görə Xamenei ictimaiyyət qarşısında görünmür. Nazir vurğulayıb ki, hökumət ali liderlə daim əlaqə saxlayır və ölkə idarəçiliyində heç bir fasilə yoxdur.