İran və Azərbaycan arasında Birgə Nəqliyyat Komitəsi yaradılacaq
13:52 10.04.2025
Gündəm
308
Yaxın həftələrdə İran və Azərbaycan arasında Birgə Nəqliyyat Komitəsi fəaliyyətə başlayacaq.
APA xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq məlumat verib.
O bildirib ki, komitənin yaradılmasında məqsəd dəmir yolu, avtomobil yolu, hava və dəniz nəqliyyatı da daxil olmaqla, nəqliyyatın bütün sahələrində birgə layihələrin həyata keçirilməsini sürətləndirməkdir.
Fərzanə Sadiq əlavə edib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə keçirilən görüşdə də komissiya çərçivəsində geniş müzakirələr aparılıb.
Nazir qeyd edib ki, səfər zamanı ticarət, nəqliyyat, enerji, neft və qaz sahələrində əlavə anlaşmalar əldə olunub.
Fərzanə Sadiqin sözlərinə görə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən əvvəl sərhəd, nəqliyyat, gömrük, ticarət, limanlar və dənizçilik sahələrinə dair anlaşma sənədləri hazırlanacaq.
O vurğulayıb ki, İran və Azərbaycan son illər ərzində tranzit və nəqliyyat sahəsində uğurlu birgə tədbirlər həyata keçirib və iki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlanacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət