ABŞ-İsrail-İran müharibəsinin 38-ci günündə Tehrandan Təl-Əvivə və Körfəz ölkələrinə ard-arda raketlər zərbələri atılıb. İran mətbuatı İsfahanda ABŞ-a aid C-130 yük təyyarələrinin məhv edildiyini və amerikalı qadın pilotdan geriyə qalanların görüntülərini yayımlayıb.
İranın İsrailə atdığı raketlər səmada diqqət çəkən görüntülər yaradıb.
Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, İran onlara vacib bir təkliflə çıxış edib. Tramp sözlərinə belə davam edib:
“Bu təklif kifayət qədər yaxşı deyil, amma çox vacib bir addımdır. İran nüvə silahına malik ola bilməz. Əgər seçim imkanım olsaydı, mən nefti ələ keçirmək istəyərdim. Təəssüf ki, Amerika xalqı bizim geri dönməyimizi istəyir. İranın yeni rejiminin əvvəlkilərdən daha ağıllı olduğunu düşünürük. Tam bir rejim dəyişməsi baş verib. İran "təslim olmaq" istəmir, amma edəcəklər. Əgər etməsələr, nə körpüləri qalacaq, nə də elektrik stansiyaları. Daha irəli getməyəcəyəm, çünki daha pis nəticələr də var. İran xalqı bomba səslərini eşitmədikdə kədərlənir, amma eşitmək istəyirlər, çünki azad olmaq istəyirlər.”