“ABŞ-nin Yaxın Şərq ölkələrinin ərazilərindən hücumlarına baxmayaraq, İran onlara müharibə elan etməyib”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Heç vaxt regiondakı heç bir ölkəyə müharibə elan etməmişik, baxmayaraq ki, onların əraziləri İrana hücum etmək üçün istifadə olunur”, - diplomat bildirib.