İranda bir neçə nəfər ictimai-siyasi xadim həbs edilib.
APA İran mediasına istinadən xəbər verir ki, sözügedən şəxslər “milli birliyi hədəfə almaq, ölkənin siyasi-ictimai nizamını pozmaq, konstitusiyaya zidd mövqe tutmaq, düşmən təbliğatı ilə eyni xətti tutmaq, düşmən qarşısında təslim olmağı təbliğ etmək” və digər ittihamlarla üzləşiblər.
Onların arasında “İslahat Cəbhəsi”nin və “Millətin birliyi” partiyasının sədri Azər Mənsuri, keçmiş parlamentari Ebrahim Əsğərzadə, sabiq diplomat Mohsen Əminzadəvə “İslahat Cəbhəsinin” mətbuat katibi Cəvad Emam var.
Onların saxlanılması məhkəmə qərarı əsasında olub və yaşadıqları ünvanda təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar. Onların fəaliyyəti ilə bağlı araşdırma aparılır.