İranda polisə hücum olub, ölən var

İranın Xuzistan əyalətinin İza şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb.

APA-nın məlumatına görə, bu barədə Gənc Jurnalistlər Klubu Agentliyi məlumat yayıb.

Hadisə nəticəsində polis əməkdaşlarından biri ağır güllə yaraları alıb və xəstəxanada ölüb.

Naməlum şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına şəxsi avtomobilindən atəş açıb. Hücumun motivləri barədə məlumat verilmir.