İranın hərbi təxribatlarının şahidi ola bilərik - Politoloq
İranın hərbi təxribatlarının şahidi ola bilərik - Politoloq
Yusif Nəzərli
12:03 21.07.2023
Gündəm
322
Baş Qərargah rəisinin Azərbaycanla sərhədə gəlişi, oradakı hərbi bölmələri yoxlaması sıradan hadisə deyil
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri təhlükəsizliyi yoxlamaq üçün Azərbaycanla sərhəd məntəqəsində olub. O, Qərbi Azərbaycan əyalətinin Naxçıvan bölgəsi ilə sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərindəki hərbi hissələrə baş çəkib. Baş Qərargah rəisi şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb. Baqerini İran ordusunun yüksək vəzifəli komandirləri müşayiət edib. Bəyan edib ki, Azərbaycanla sərhəd və təhlükəsizlik məsələlərində heç bir problem yoxdur: "Allaha şükür, iki ölkə arasında iqtisadi əlaqələr hər gün inkişaf edir və dərinləşir".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycanla sərhədə gəlişi, oradakı hərbi bölmələri yoxlaması sıradan hadisə deyil. Analitikin fikrincə, İran öz niyyətini müxtəlif adlarla pərdələyir:
"Tehran rejiminin məkrli siyasət yeritdiyi bəllidir. Xatırladım ki, eyni gündə Ermənistan müdafiə naziri Suren Papikyan da Azərbaycanla sərhəd bölgələrə gəlib. İran rəsmiləri Azərbaycanla münasibətlərin normallaşdığını iddia etsələr də, bu heç də belə deyil. İranın növbəti mərhələlərdə hərbi təxribatlarının şahidi ola bilərik. Qeyd edim ki, İsrailin müdafiə nazirinin Azərbaycana səfərindən sonra İran rəsmiləri dövlətimizə qarşı yeni planların icrasına start veriblər. Lakin İranın bu addımlarla Azərbaycana qarşı təzyiq formalaşdırması qeyri-mümkündür. Azərbaycan İran üzərində öz siyasi-psixoloji üstünlüyünü bərpa edib. Bundan sonra Tehran özü çalışmalıdır ki, rəsmi Bakı ilə münasibətləri normal saxlasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya