İranla saziş Avropada imzalanacaq - Tramp

Biz İranla müharibənin həlli istiqamətində böyük razılaşma əldə etdik və sənədlər yekunlaşmaq üzrədir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, prosesin yaxın bir neçə gün ərzində tamamlanacağını bildirib:

“Böyük ehtimal ki, saziş Avropada imzalanacaq və bu, əla hadisədir. Ən əsası, İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair bir razılaşmamız var. Biz onu tezliklə imzalayacağıq və sənədlər artıq son mərhələdədir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı əvvəlcədən planlaşdırılmış zərbələri ləğv etdiyini açıqlayıb.