İranlı qadın futbolçular ölkələrinə qayıdıblar.
APA xəbər verir ki, İran mediasında onların gəlişi ilə bağlı videogörüntülər yayılıb.
Qeyd edək ki, Avstraliyada Asiya Kuboku oyunlarında iştirak edən iranlı qadınlardan 7 nəfər sığınacaq istəyib. Daha sonra onlardan 5 nəfər, o cümlədən komandanın kapitanı Zəhra Qənbəri fikirlərini dəyişib və İrana qayıtmaq qərarına gəlib.
Sabah onların rəsmi qarşılanma mərasimi keçiriləcək.