İşlər ağır gedir, vaxt aparır
Turan
09:59 20.02.2021
Gündəm
691
Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir
Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir. Bu barədə Moskva-Bakı videokörpüsündə çıxış edən Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib. Onun sözlərinə görə, işğaldan azad olunan Ağdam və Füzuli rayonlarında yüzlərlə kvadrat kilometr minalanmış ərazi var:
“Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir”. Rusiyalı hərbi ekspert Ermənistan tərəfində minalanmış ərazilərin xəritəsinin olduğuna əmindir: “Erməni hərbçilər Rusiya hərbi məktəbinin yetirmələridir.
Təlimata görə, minalanan ərazilərin xəritələri mütləq tərtib olunur. Həmin xəritələrin bir nüsxəsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılmalıdır. Başqa cür mümkün deyil. Ona görə də hesab edirəm ki, beynəlxalq ictimaiyyət, həmsədr ölkələr, xüsusilə də Moskva Ermənistana bu xəritələri Azərbaycan tərəfinə verməsi üçün təzyiq etməlidir. Sözsüz ki, Rusiya bu məsələdə xüsusi rol oynamalıdır. Çünki Rusiya vəziyyətin sülh yolu ilə inkişafında, regiona tammiqyaslı dinc həyatın qayıtmasında maraqlıdır”. Ekspertin sözlərinə görə, minalanmış ərazilərin xəritəsi olmadan bu proses çox gecikə bilər.
Korotçenkonun Ermənistana çağırışı ilə bağlı “Şərq”ə danışan politoloq Azər Qasımov deyib ki, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşma prosesinə ən qısa zamanda başlamaq lazımdır. Lakin ekspertin fikrincə, buna mane olan minalanma faktoru çox təhlükəlidir:
“Minaların partlaması nəticəsində bir neçə hərbçimiz və mülki şəxs həyatını itirib, yaralanıb. Ona görə də Ermənistanın minalanmış sahələrin xəritəsini Azərbaycana verməsi mütləqdir. Uzun illər həmin ərazilərdə müdafiə sədləri olub və bölgə hərbi göstərişlər əsasında planlı şəkildə minalanıb. Hərbi qaydalara görə, minalar planlı, sistemli qaydada və nöqtələr qeyd olunaraq basdırılır.
Təbii ki, ara-sıra plansız minalama ola bilər, amma bunun elə çox olmadığı qənaətindəyəm. Çünki ermənilər həmin ərazilərdən əkin-biçin, heyvandarlıq məqsədi ilə istifadə ediblər. Təsadüfi yerlərə mina basdırılması onların özlərinə də təhlükə ola bilərdi. Böyük ehtimalla hər şey planlı şəkildə olub”.
Analitikin sözlərinə görə, xəritələrin ermənilərdən alınması minalardan təmizlənmə işini həm asanlaşdırar, həm də prosesi sürətləndirərdi:
“Türkiyə 20 ədəd məsafədən idarə olunan mina təmizləyən qurğular göndərib.
Amma plansız şəkildə minaların təmizlənməsi çox vaxt aparır və dəqiq işləməyə mane olur. Dəqiq harada mina olduğunu bilmədiyimiz üçün bütöv ərazini axtarmaq məcburiyyətində qalırıq. Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb etməlidir.
Lazım gələrsə, təzyiq məqsədi ilə erməni əsirlərdən də istifadə etməliyik. Rusiyanın da bu işdə yardımı mümkündür. Bəlkə Rusiya və Ermənistanın xəritələrin verilməsindən gözləntiləri ola bilər. Məncə, kiçik güzəştlər müqabilində buna getməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
09:05 22.05.2026
Region
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət