İsrail Livan ərazisinə artilleriya atəşi açıb

İsrail Müdafiə Qüvvələri Livandan düşmənlərin sızması xəbərindən sonra ölkənin şimalındakı ərazinin təftişinə başlayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildirilib.

Həmçinin vurğulanıb ki, Livanla sərhəddə partlayış qeydə alınıb və Livan ərazisinə cavab olaraq artilleriya atəşi açılıb.