İsrail ordusu Tehranda bir neçə silah istehsalı obyektini bombalayıb

İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın bir neçə silah istehsalı obyektini bombalayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, hədəflər arasında ballistik raket başlıqları istehsalı müəssisəsi, “müasir silahlar” komponentləri üzrə tədqiqat və inkişaf mərkəzi, ballistik raket komponentləri istehsal müəssisəsi, həmçinin tank əleyhinə və hava hücumundan müdafiə raketləri və digər silah komponentlərinin istehsalı, tədqiqat və inkişaf mərkəzi olub.

IDF-in məlumatına görə, İranın ballistik və hava hücumundan müdafiə raketlərinin buraxılış məntəqələrinə də zərbələr endirilib.