İsrail türkiyəli millət vəkillərini Azərbaycana deportasiya etdi

İsrailin Qəzza blokadasını yarmaq və humanitar yardım çatdırmaq üçün Azadlıq Donanması ilə yola çıxan 3 türk millət vəkili Azərbaycana deportasiya edilib.

Teleqraf bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, “Səadət” Partiyasının Bursa millət vəkili Mehmet Atmaca, Hatay millət vəkili Necmettin Çalışkan və “Gələcək” Partiyasının Dənizli millət vəkili Səma Silkin Ün Azərbaycana çatdıqdan sonra Türk Hava Yollarının təyyarəsi ilə Türkiyəyə qayıdacaqlar.