İstanbul atışmasında yeni detallar - Terrorçunun həyat yoldaşı ifadə verdi

İstanbulun Beşiktaş rayonunda polis nöqtəsinə edilən hücumla bağlı yeni xəbərlər var.

Sherg.az-ın məlumatına görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaqda 12 nəfər saxlanılıb.

Hadisə 7 aprel saat 12:00 radələrində baş verib. Silahlanmış 3 terrorçu polisə hücum edib. Qarşılıqlı atışma nəticəsində 1 terrorçu öldürülüb, 2-si yaralı vəziyyətdə saxlanılıb. Həmçinin 2 polis əməkdaşı yüngül xəsarət alıb.

Polis araşdırmasında müəyyən edilib ki, terrorçular hadisə yerində əvvəlcədən kəşfiyyat aparıblar. Onur Çelik-in həyat yoldaşı ifadəsində bildirib ki, o, terrorçunu hücum etməməyə çağırıb.

İstanbul Valiliyi və Baş Prokurorluq istintaqın davam etdiyini, adli və polis əməkdaşlarının birgə çalışdığını açıqlayıb. Yaralı terrorçuların və şübhəlilərin müalicəsi davam edir və daha sonra polis bölməsinə gətiriləcəklər.