ABŞ administrasiyası İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqların gedişindən bütün tərəflərin razı qaldığını hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı amerikalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqların bütün dörd iştirakçısı görüşün nəticələrindən məmnun qalıb.
"Görünür, bütün dörd tərəf bugünkü danışıqların gedişindən razıdır. Vasitəçilər hər iki tərəfə mövcud məsələlərin həllində kömək edirlər. Hesab edirik ki, danışıqların ilkin mərhələsi gələcəkdə etimadın formalaşdırılması üçün zəmin yaradır", – diplomatik mənbə bildirib.
Qeyd edək ki, iyunun 21-də İsveçrənin Bürgenştok qəsəbəsində ABŞ və İran arasında danışıqlar keçirilib. Görüşə Qətər və Pakistan vasitəçilik edib.