Jennifer Lopezdən romantik təbrik+FOTO

20 ildən sonra aktyor Ben Affleck ilə  görüşən və ötən il möhtəşəm  mərasimlə nikah masasına əyləşən Jennifer Lopez evlilik ildönümü üçün İnstaqram hesabında paylaşım edib.
"Sherg.az" xarici mediaya istinadən bildirir ki, müğənni Jennifer Lopez və Oskar mükafatlı aktrisa Ben Affleck  20 il əvvəl gözlənilməz  şəkildə ayrılıblar. 
Ancaq illər sonra yenidən bir araya gələn cütlük 2022-ci il iyulun 16-da Las-Veqasda sadə bir mərasimlə yenidən evlənib. Cütlük daha sonra uzun müddət gündəmdən düşməyən möhtəşəm toy etmişdi. 

Evləndikləri gündən tez-tez birlikdə tədbirlərə qatılan və bir-birləri haqqında romantik ifadələr işlədən cütlük gündəmdən düşmür.
Qeyd edək ki, Xoşbəxt cütlüklərdən biri olan Cennifer Lopez sosial media hesabında paylaşdığı kadrlarla evliliklərinin 1-ci ildönümünü qeyd edib.


Mənbə Haberglobal