Kadırovun Quranı yandıran Juravlyovla söhbəti 

Çeçenistanın rəhbəri Ramzan Kadırov "Qurani-Kərim"i yandırmaqda ittiham olunan Nikita Juravlyovla yeni video paylaşıb.

Bakupost.az "Baza"ya istinadla xəbər verir ki, videoda Juravlyov Kadırova islamı qəbul etməyə hazırlaşdığını bildirir.

Lakin Kadırov ona inanmır:

- İslamı qəbul edirsən?

- Bəli

- Sən bunu ürəkdən demirsən! Gözlərin harasa başqa yerə baxır.

Kadırov həmçinin Juravlyovu "şeytan" adlandrıb.

Görüntülərdən aydın olur ki, video 15 yaşlı Adam Kadırovun Juravlyovu döydüyü yerdə çəkilib. Bu hadisədən 2 ay sonra Kadırovun oğluna Çeçenistan qəhrəmanı adı verildi.