ABŞ-nin Almaniyadan 5 min hərbçisini çıxarma qərarı Avropa İttifaqı üçün tam gözlənilməz olub.
Sherg.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Yerevanda keçirilən Avropa Siyasi Birliyinin sammitinə gəlişi zamanı bildirib.
“Bu qərar bizim üçün tam sürpriz oldu”, - deyə Kallas jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
O əlavə edib ki, bu addım NATO çərçivəsində Avropa komponentinin daha da gücləndirilməsinin vacibliyini artırır.