Kann festivalında "qan" töküldü - VİDEO

Dünən Kann Kino Festivalında Ukrayna bayrağının rənglərində geyinmiş qadın üzərinə qan rəngində maye tökərək Rusiya işğalına etiraz edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada keçirilən 76-cı dünyaca məşhur kinofestivalda naməlum etirazçı "qırmızı xalça"da gedərkən paltarında gizlətdiyi iki paket "qan"ı üzərinə töküb.
Mühafizəçilər dərhal qadının kənara çəkərək məsələni aydınlaşdırmağa çalışıblar. Baş verənlər barədə açıqlama verilməyib.
Qeyd edək ki, ötən il də Kann Film Festivalı zamanı oxşar etiraz aksiyası keçirilmişdi. Adı açıqlanmayan şəxs müharibə zamanı Ukraynada baş verən cinsi zorakılıqlara etiraz məqsədilə paltarını soyunmuşdu.
Etirazçı bədəninin Ukrayna bayrağının rənglərinə boyayaraq üzərinə “Bizi zorlamağa son qoy” sözlərini yazmışdı.
Daha sonra bu aksiyanı Fransanın SCUM feminist qrupunun təşkil etdiyi açıqlanmışdı.