“Kazinform” agentliyi COP29-dan yazıb
Yusif Nəzərli
14:42 09.11.2024
Gündəm
365
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində xarici ölkələrin mətbuatı bu mühüm hadisəyə diqqəti artırmaqdadır. Ölkələr iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səyləri müzakirə etməyə hazırlaşarkən, qarşıdan gələn konfrans bütün dünyanın diqqətini cəlb edir.
AZƏRTAC xəbər verir ki, COP-un nə olduğu, hansı mühüm təşəbbüslərin irəli sürüləcəyi və Bakı iqlim konfransının yekunlarına görə hansı qərarların qəbul edilməsinin gözlənildiyi barədə məlumat “Kazinform” beynəlxalq informasiya agentliyinin materialında təqdim olunur.
Agentlik qeyd edir ki, COP fəaliyyətlərinin məqsədi qlobal istiləşməni nəzarət altında saxlamaq və temperaturu 1,5 dərəcə Selsi həddində saxlamaq üçün əhəmiyyətli, çevik və davamlı emissiyaların azaldılması üzrə tədbirlər görmək təşəbbüsündə bütün tərəfləri bir araya gətirməkdir.
“COP29-un Bakıda keçirilməsi barədə qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. COP29-a ev sahibliyi etmək üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliyini irəli sürüb. Şərqi Avropa Qrupu ölkələrinin rəyi əsasında Azərbaycanın təşkilatda sədrliyi yekdilliklə qəbul edilib”, -deyə materialda xatırladılır.
Məqalədə bildirilir ki, Azərbaycan COP29 çərçivəsində 14 təşəbbüs irəli sürüb, o cümlədən bərpaolunan enerji mənbələrinə keçidi daha da sürətləndirmək üçün yeni texnologiyalar, innovasiyalar və çağırışlar təklif edəcək, həmçinin bu istiqamətdə mexanizm və alətləri işə salacaq.
“COP29 emissiyaların azaldılması, yaşıl və nüvə enerjisinə keçid, habelə regional ekoloji problemlərin həlli üçün hərtərəfli təkliflərlə iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə həlledici məqam olacaq. İddialı məqsədlər və təşəbbüslər müzakirə edilsə də, bu təkliflərin uğuru siyasi iradədən, maliyyə öhdəliklərindən və beynəlxalq əməkdaşlıqdan asılıdır.
COP29-da dünya liderləri iqlim dəyişikliyi ilə bağlı ümumi problemlə üzləşdiyi üçün müxtəlif regionların unikal ehtiyaclarını və zəifliklərini nəzərə alaraq iqlimlə bağlı fəaliyyətin əhatəli olmasını təmin etməlidirlər”, -deyə materialda vurğulanıb.
Məqalədə qeyd edilib ki, Qazaxıstan kimi ölkələr üçün iqtisadi sabitliyin qorunması ilə enerji keçidi konsepsiyasını qəbul etmək arasında balans kritik olacaq.
Agentlik yazıb: “Qazaxıstan karbohidrogenlərin dərindən emalına sərmayə qoymaq və bərpaolunan enerji potensialını genişləndirməklə, eyni zamanda, özünün ekoloji problemlərini həll etməklə yanaşı, aşağıkarbonlu enerji mənbələrinə qlobal keçiddə əsas rol oynaya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm