ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Binyamin Netanyahu arasında münasibətlər gərginləşib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Nyu Yorkdakı keçmiş baş konsulu Alon Pinkas CNN-ə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, bu, Trampın son iki həftədə Netanyahu haqqında danışma tərzindədə özünü göstərir.
Pinkas həmçinin İsrailin Livana qarşı hərbi əməliyyatdan çıxış strategiyasının olmaması ilə bağlı narahatlığını ifadə edib. Münaqişənin artıq Netanyahunun seçki kampaniyasının bir hissəsinə çevrildiyini qeyd edib.