Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu və həyat yoldaşı Selvi Kılıçdaroğluna sosial şəbəkələrdə təhdid və təhqir etdiyi iddia edilən şübhəli şəxs polis əməliyyatı nəticəsində saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.
Məlumata görə, şübhəli B.K. “Daltonlar” adlı cinayət qrupu adından istifadə edərək sosial mediada təhdid xarakterli paylaşımlar edib.
İstintaq Ankara Baş Prokurorluğu tərəfindən başladılıb və Ankara Polis İdarəsinin təşkil etdiyi əməliyyat nəticəsində şübhəlinin kimliyi müəyyən edilərək saxlanılıb.
Məhkəməyə çıxarılan B.K. “təşkilat adından istifadə etməklə təhdid” və “qadına qarşı təhdid” ittihamları ilə həbs olunub.