KİV: İrana 24 milyard dollar qaytarıla bilər

Tehran və Vaşinqton arasında bağlanacaq sülh sazişi çərçivəsində İrana məxsus təxminən 24 milyard dollar vəsait ölkəyə qaytarıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, aktivlərin sərbəst buraxılması tərəflər arasında imzalanacaq Anlaşma Memorandumunun tərkib hissəsi olacaq.

İran sənəd imzalandıqdan dərhal sonra sözügedən məbləğin yarısını əldə etmək niyyətindədir.

Vəsaitin qalan hissəsinin isə növbəti 60 gün ərzində ölkəyə qaytarılması planlaşdırılır.