KİV: İsrail və ABŞ İsfahanda əyləncə parkına zərbə endirdi

İsrail və ABŞ ordusu İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərindəki əyləncə parkına zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, şəhərdəki hava hücumundan müdafiə (HHM) sistemləri yeni hücum ehtimalı ilə əlaqədar tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Hadisənin təfərrüatları və dağıntılar barədə əlavə məlumat verilməyib.