KİV: “Okampo heç vaxt Qarabağda olmasa da, Azərbaycan əleyhinə hesabat yazıb”
Yusif Nəzərli
10:27 19.08.2023
Gündəm
287
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Qarabağın erməniəsilli sakinlərinin qondarma “soyqırımı” ilə bağlı “ekspert rəyi” cəmi 9 gün ərzində hazırlanıb, halbuki Okamponun özü bir dəfə də olsun qondarma “soyqırımı”nın baş verdiyi yerə getməyib.
“Report” xəbər verir ki, bu barədə “EU Today”də dərc olunan məqalədə deyilir.
Bir çox beynəlxalq KİV (“EU Today”, “Wprost”, “Sofiaglobe”, “Jauns”, “Telegraf”, “Informator”, “Focus”, UNİAN və bir çox başqaları) beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert, “Temple Garden Chambers” hüquq şirkətinin müşaviri olan Rodni Diksonun Okamponun Azərbaycan əleyhinə hesabatına cavabına diqqət ayırıb.
Okamponun 2012-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsindən istefaya getdiyini, o vaxtdan onun adının dünya KİV-ində yalnız korrupsiya qalmaqalları ilə və cinayətkarların maraqlarını ört-basdır etmək kontekstində hallandığını nəzərə alsaq, həmin şəxsin sözlərinin heç bir çəkisi yoxdur. Bunu anlayan və onun məqaləsinə cavab verənlərdən biri də Rodni Diksondur.
“EU Today” qeyd edir ki, Diksonun Okamponun hesabatı ilə bağlı gəldiyi nəticə özündə hesabatda yer alan iddiaların etibarlılığını və əsassızlığını nümayiş etdirən beş əsas qeydi ehtiva edir.
Ekspert müxtəlif arqumentlər, o cümlədən də sənədin nəyə görə ciddi nəzərdən keçirilməyə layiq olmadığına dair arqumentlər gətirir, amma ən mühüm arqument kimi beynəlxalq hüquq nöqteyi-nəzərindən soyqırımından söhbət belə gedə bilməyəcəyini göstərir.
Öz növbəsində Yunanıstanın “Themanews” agentliyi Diksonun daha bir mühüm qeydini - hesabatlarda “faktlara” münasibətdə aydın görünən ayrı-seçkiliyi vurğulayır. Okampo qondarma “soyqırımı”ndan danışır, amma humanitar yüklərin daşınması üçün başqa bir marşrutun - Ağdam-Xankəndi marşrutunun olması barədə bir kəlmə də demir.
Latviyanın “Jauns” nəşri yazır ki, Ermənistan beynəlxalq hüquq üzrə ekspert mövqeyindən razı qalmayıb və avqustun 11-də BMT Təhlükəsizlik Şurasından Diksonun “yalan” adlandığı Okampo hesabatı əsasında bu məsələ ilə bağlı təcili iclas çağırmağı istəyib.
Ukrayna, Gürcüstan, Bolqarıstan, Polşa, Litva və Moldova KİV-lərində də Okamponun hazırladığı hesabatın qərəzli olması ilə bağlı yazılar öz əksini tapıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm