Keçmiş ABŞ prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klinton, Ceffri Epsteinlə əlaqələrinə dair Konqresdə verəcəkləri ifadənin qapalı deyil, ictimaiyyətə açıq iclasda keçirilməsini istəyiblər.
Sherg.az xəbər verir ki, onlar qapalı iclasın siyasi məqsədlərlə istifadə oluna biləcəyini bildiriblər.
Komitə Epsteinin nüfuzlu şəxslərlə əlaqələrini araşdırır. Demokratlar istintaqın siyasi alətə çevrildiyini iddia edir. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə Klintonların hər hansı cinayətlə əlaqəsini sübut edən fakt yer almayıb.