“Gürcü kralı II İraklinin Rusiya ilə Georgiyevsk traktatını imzalaması ölkəmizin və dövlətimizin xilas edilməsində həlledici rol oynayıb”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan baş naziri İrakli Kobaxidze deyib.
“Rusiya o zaman nəhəng dövlət idi, öz siyasəti və maraqları vardı. II İrakli bütün bunları, o cümlədən mövcud riskləri çox yaxşı anlayırdı. O, sağlığında müqavilənin tam şəkildə yerinə yetirilməsini təmin etdi. Bundan sonra, Georgiyevsk traktatının imzalanmasından Gürcüstanın ilhaqına qədər təxminən 20 il ölkəmiz faktiki olaraq mövcudluğunu qoruyub saxladı.
Ölkəmiz ekzistensial təhlükə ilə üzləşmişdi, amma salamat qaldı. Təəssüf ki, II İrakli vəfat etdikdən sonra hadisələr başqa cür inkişaf etdi. Müqavilə ölkəmizi xilas etdi və bu, özlüyündə II İraklinin atdığı addımın müdrik olduğunu və alternativinin olmadığını göstərir”, - Kobaxidze bildirib.