Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.

APA xəbər verir ki, bu gün səhər saatlarında yola salınan köç karvanı Şükürbəyliyə çatıb.

Bu mərhələdə Şükürbəyli kəndinə 24 ailə (148 nəfər) köçürülüb.

Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.