Komando təlimlərinin hədəfi... - “Toqquşma ehtimalına görə hərbi immunitet gücləndirilir”
Yusif Nəzərli
14:42 31.01.2022
Gündəm
735
"Komando hərbi birlikləri döyüşlərdə xüsusi təyinatlı missiyanı yerinə yetirirlər. Eləcə də, hədəfin arxasına sızma əməliyyatlarını icra edirlər”
“Komandolar yeni gücdür – Türkiyə modelli gücün yeni elementi"
Azərbaycan Ordusu üçün həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrində xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir. Komando hərbi hissələrində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımı avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb.Yaradılan şərait döyüş hazırlığı planına əsasən komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir. Vətən müharibəsində əldə edilmiş təcrübələr nəzərə alınmaqla, türkiyəli peşəkar zabitlərin iştirakı ilə komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi təmin edilir. Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şərtlərlə keçirilən məşğələlərdə komandolar kəskin relyefli ərazilərdə hərbi helikopterlər və digər üsullarla yerdəyişmələr icra edirlər.Təlimlər zamanı komandolar birbaşa təmas vəziyyətində maneələr zolağından keçid, dağlıq ərazilərdə döyüş aparma, müdafiənin dərinliyinə sızma, eləcə də şərti düşmənin müvəqqəti yerləşdiyi sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən təxribat-diversiya qrupunu mühasirəyə alma, zərərsizləşdirmə tapşırıqlarını müvəffəqiyyətlə icra edirlər.
Komanda hərbi hissələrinin təlim fəaliyyəti ilə bağlı "Sherg.az"a danışan jurnalist, siyasi şərhçi Aqşin Kərimov bildirib ki, bu birliklər peşəkar, döyüşən, təlimdən boş vaxt tapmayan hərbçilərin toplandığı məkandır:
"Komando hərbi birlikləri döyüşlərdə xüsusi təyinatlı missiyanı yerinə yetirirlər. Eləcə də, hədəfin arxasına sızma əməliyyatlarını icra edirlər. Belə ki, bu halda itki riski minimuma enir, təhdidə qarşı cəld, çevik, operativ reaksiya verilir. Lazım olan hədəflərə isə tez bir zamanda çatılır.
Komandolar əsasən dağ döyüşləri üçün təlimlər keçirlər. Azərbaycan münaqişə bitdikdən sonra sərhədə çıxış əldə edib. Həmin zonalar mürəkkəb dağ relyeflidir".
Analitik sərhədlərin delimitasiya və demarkasiya məsələsinin ağrılı proses olduğunu vurğulayıb:
"Hər hansı toqquşma ehtimalı mövcuddur. Belə olduğu təqdirdə, komandolar hərbi immuniteti gücləndirən birliklərə çevrilir.
Komandolar anti-terror əməliyyatlarında hərbi işi asanlaşdıran faktora çevrilir. Komandoların təlimlərinin məqsədində daha uzaq hədəflər dayanır.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan sülh təkliflərinə cavab verməsə, Bakı güc amilinə müraciət edəcək. Bu gücü isə nümayiş etdirmək lazımdır, komandolar yeni gücdür – Türkiyə modelli gücün yeni elementi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil