Kreml Abu-Dabidəki ikinci sülh danışıqlarını qiymətləndirdi - "Çox çətin idi..."

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Abu-Dabidə keçirilən danışıqların ikinci raundu iki gün davam edib və konstruktiv, eyni zamanda çox mürəkkəb olub.

Sherg.az xəbər verir ki, Peskov deyib: “İş davam edir. İki gün ərzində işlədik. İş konstruktiv və eyni zamanda çox çətin idi. Davam etdiriləcək.”

Görüş zamanı Rusiya və ABŞ tərəfləri DSNV-nin (Nüvə Silahlarının Azaldılması Müqaviləsi) müddətinin uzadılması məsələsini müzakirə edib. Peskov bildirib ki, hər iki tərəf bu mövzuda danışıqların vacibliyini anlayır.

Rusiya nümayəndə heyəti 5 fevral tarixində Abu-Dabidən Rusiyaya qayıdıb. Ukrayna münaqişəsinin həlli üzrə ikinci danışıqlar raundu iki gün davam edib.